“OLED” panellərin kütləvi istehsalına başlanılacaq
Dünya displey məhsullarının nəhəng istehsalçısı "LG Display" şirkəti 2014-cu ilin ikinci yarısından etibarən üzvi işıq-diodlar (organic light-emitting diode, OLED) əsasında televizorlar üçün nəzərdə tutulan panellərin kütləvi istehsalına başlayacağını bəyan edib.
"Ardıcıl sınaqlardan sonra bizim səkkizinci nəsil yeni istehsal xəttimiz gələn ilin ikinci yarısından tam gücü ilə işə düşəcək", - şirkət nümayəndəsi Li San Vuk deyib.
Şirkətin yeni istehsal xəttində panellərin aylıq buraxılış həcmi eni 2,2 metr və hündürlüyü 2,5 metr təşkil edən 26 min vərəq olacaq. Sonradan bu vərəqlər diaqonal ölçüsü 50-dən başlayan displeylər üçün kəsiləcək. Müəssisəyə yatırılan investisiyaların ümumi məbləği 700 milyard vona (təxminən 623 milyon dollar) çatır, - şirkət nümayəndəsi əlavə edib.
Seqment üzrə "LG Display"in həmkarı və əsas rəqibi "Samsung Display" şirkəti "OLED" panellərin kütləvi istehsalı ilə bağlı planlarını hələ ki açıqlamayıb.
"iSuppli" analitik şirkətinin ekspertləri "OLED" televizorların istehsalının illik həcmini 75 milyon ədəd səviyyəsində proqnozlaşdırırlar. Bazarın genişlənməsini yubadan əsas amillər arasında mütəxəssislər məhdud çıxış və "OLED TV"-nin yüksək qiymətə olmasını qeyd edirlər, - "DailyComm
www.dailycomm.ru" yazır.