Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple” şirkəti mikroçip istehsalçısını satın alır



“Apple” şirkəti “Passif Semiconductor” mikroçip istehsalçısını satın alır. Bu barədə şirkətin rəsmi nümayəndəsinə istinadən “Bloomberg” nəşri yazıb.

“ICTnews.az” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, aşağı enerji sərfiyyatlı yığcam simsiz qəbuledici-ötürücü istehsalçısı “Passif Semiconductor” son illər ərzində “Apple” tərəfindən satın alınmış ilk belə şirkət deyil. Belə ki, 2008-ci ildə “Apple” enerjiyə qənaətcil çip istehsalçısı “P.A Semi Inc.”, 2010-cu ildə isə “Intrinsity” şirkətini satın alıb.

Amerika şirkəti hələ oktyabrda mikroçip istehsalı istiqamətini inkişaf etdirmək niyyətini açıqlamışdı. Şirkət “Mac” fərdi kompüterlərində tətbiq edilən “Intel” prosessorları “iPhone” və “iPad” qurğularında tətbiq edilən çiplərlə əvəz etməyi nəzərdən keçirir.

Emil Hüseynov
 




03/08/13    Çap et