Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Facebook” "ağ" hakerlərin köməyindən istifadə edib
"Facebook" şirkəti sosial şəbəkənin resurslarının təhlükəsizliyi sahəsində boşluqları aradan qaldırmağa kömək edən "ağ" hakerlərə iki il ərzində bir milyon dollar ödəyib.
"ICTnews.az" elektron xəbər xidməti "itar-tass.com" saytına istinadən bildirir ki, "Facebook"un məlumatına görə, həmin müddət ərzində 329 şəxs mükafata layiq görülüb. Onların arasında həm peşəkar, həm də həvəskar proqramçılar var. Layihənin ən kiçik iştirakçısının 13 yaşı var. Korporasiyanın resurslarının təhlükəsizlik sistemindəki boşluqları aradan qaldırmağa kömək edən insanlar dünyanın 51 ölkəsində yaşayırlar.
Qeyd edək ki, "ağ" hakerlərin xidmətindən yalnız "Facebook" istifadə etmir. Cari ilin mayında "Google" korporasiyası bildirib ki, şirkətin məhsullarındakı boşluqları aradan qaldırmağa kömək edən kənar mütəxəssislərə mükafat qismində 1.7 milyon dollar ödəyib.
Emil Hüseynov
05/08/13 Çap et