Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Android” qurğularının 40%-dən çoxu “Jelly Bean” versiyasından istifadə edir


"Google" şirkəti "Android" mobil platformasına dair statistikanı  bölüşüb. Bu ilin iyun ayında "Jelly Bean" ilk dəfə olaraq populyarlığa görə "Android 2.3 Gingerbread" versiyasını ötüb. Hazırda "Jelly Bean" versiyasının payı 40,5% təşkil edir ki, bu da ötən ayla müqayisədə 2,6% çoxdur. "Android 4.2" versiyasının payı isə 1,1% artaraq 6,5% olub.

"ICTnews.az" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, populyarlığa görə ikinci yerdə "Gingerbread" (33,1%), üçüncü pillədə "Ice Cream Sandwich" (22,5%) versiyası qərarlaşıb.

Qeyd edək ki, "Google" bu yaxınlarda "Android 4.3" versiyasını təqdim edib. Bu platforma hazırda "Galaxy Nexus", "Nexus 4", "Nexus 7" və "Nexus 10" qurğuları üçün əlçatandır.

Emil Hüseynov
 
 
 




05/08/13    Çap et