Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Vertu” 16 min dollarlıq “Ti Ferrari” smartfonunu təqdim edib


“Vertu” şirkəti “Android 4.0” platforması ilə işləyən  “Ti Ferrari” smartfonlarına sifarişlərin qəbulunu başlayıb.
“ICTnews.az” elektron xəbər xidməti “1news.az” saytına istinadən bildirir ki, cihazın korpusu titan materialdan işlənib hazırlanıb.

Aparat 3.7 düymlük sapfirli şüşə ilə qorunan “WVGA” displey, 8 meqapiksellik kamera, 64 QB daxili yaddaşla təchiz olunub. Smartfonun ölçüləri 130×59×12,8 millimetr, çəkisi isə 188 qramdır. Aparat məhdud sayda (2013 ədəd) istehsal ediləcək və qiyməti 16 min dollar təşkil edəcək.

Emil Hüseynov




05/08/13    Çap et