Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Daha bir bankın müştəriləri “hesab.az” portalında kreditlərini ödəyə bilərlər



 "GoldenPay" şirkəti "Turanbank"ı onlayn ödəmə sisteminə qoşub. Artıq bankın saytı vasitəsilə (turanbank.az), həmçinin Azərbaycanın ən böyük onlayn xidmətlər portalı olan "hesab.az" vasitəsilə "Turanbank" ASC-nin kreditlərini ödəmək olar.

Onlayn ödəniş sisteminin üstünlüyü ilk növbədə müştərilər üçün rahatlıq nəzərdə tutub, belə ki, bu xidmətdən istifadə edərək, bankın ofisinə getmək zərurəti yaranmır.

İstənilən bankın "Visa" və "MasterCard" kartlarının sahibləri bankın kreditlərini ödəmək üçün portalın "onlayn odənişlər" bölməsində həyata keçirə bilərlər.

"Hesab.az" portalı vasitəsilə onlayn ödəniş həyata keçirilməsi üçün müştərilər "Banklar və lizinq" moduluna daxil olaraq, kredit ödənişlərini göstərərək "Turanbank" bölməsini seçməlidirlər.

Müştərilər kredit ödənişlərini həyata keçirərkən, hər dəfə şəxsi nömrələrini göstərməyə ehtiyac yaranmayacaq. Onların bu nömrəni bir dəfə "şəxsi kabinet"də daxil etmələri tələb olunur.

Portalda həyata keçirilən ödənişlərin hər 0.10 manatına "hesab.az" müştəriləri əlavə bonuslar qazanırlar. Bu bonuslar vasitəsilə gələcəkdə onlar "GoldenPay" şirkətindən hədiyyələr qazanmaq imkanı qazanırlar.

Ödənişlərin aparılması tarixi ödəyicinin "şəxsi kabinet"ində saxlanılır. Yaxın vaxtlarda "hesab.az" portalında plastik kartı saxlama imkanı yaranacaq ki, bu da istifadəçilərə ödənişləri avtomatik həyata keçirməyə imkan verəcək.

Bundan başqa, "hesab.az" portalına yeni banklar qoşulacaq ki, bu da öz növbəsində müştərilərə kreditlərin məsafədən ödənilməsinə imkan yaradacaq.

Bu günədək "GoldenPay" ödəmə sisteminə 300-ə yaxın şirkət qoşulub. Sistem "Visa İnternational" və "MasterCard"da sertifikasiyadan keçib.
 




05/08/13    Çap et