“Yahoo!” şirkəti “RockMelt” brauzerini satın alıb
“Yahoo!” şirkəti “RockMelt” sosial veb-brauzer şirkətini satın alıb. Sövdələşmənin şərtləri haqqında məlumat verilməsə də, “Reuters” agentliyinin məlumatına görə, alış korporasiyaya 50-80 milyon dollara başa gəlib. 30 gün ərzində “RockMelt”in hazırkı məhsulları bağlanacaq, texnologiyaları isə “Yahoo!”-nun platformasına inteqrasiya ediləcək.
Sazişə əsasən, “RockMelt”in 32 əlavə əməkdaşı internet nəhənginin sərəncamına keçəcək. Sosial brauzerin keçmiş baş icraçı direktoru Erik Vişriya “Yahoo!”-nun media məhsulları üzrə vitse-prezidenti, texniki direktor Tim Hous mobil məhsulların hazırlanması üzrə korporasiyanın vitse-prezidenti vəzifəsinə təyin ediləcək.
“RockMelt” mütəxəssisləri tərəfindən hazırlanaraq 2010-cu ildə işə salınan veb-brauzer bütün mümkün sosial şəbəkələrlə inteqrasiyaya şərait yaradır ki, bu da istifadəçilərə bilavasitə brauzer vasitəsilə “Facebook”a məlumat göndərməyə və “Twitter”də şərhlərə baxmağa imkan verir. İnvestorların marağının əksinə olaraq, məhsul bazarın liderləri – “Google Inc.” şirkətinin “Chrome” və “Microsoft Corp.” korporasiyasının “Internet Explorer” brauzerləri ilə rəqabət apara bilməyib, - “Vesti
www.vesti.ru” yazır.