Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“DDoS”-hücumlar daha da güclənib


“DDoS”-hücumlardan mühafizə üzrə kommersiya xidmətləri göstərən “Arbor Networks” şirkətinin son hesabatına əsasən, “DDoS”-hücumlar getdikcə daha da güclənir, lakin onların davametmə müddəti sürətlə azalır. Sözügedən şirkətin məlumatlarına əsasən, 2013-cü ilin birinci yarısında “DDoS”-hücumun orta gücü dəyişməz olaraq (2 Qbit/san) qalıb. Analitiklər deyiblər ki, belə trend ilk dəfə qeydə alınıb, çünki əvvəllər hücumun gücü həmişə artıb.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, “Arbor” şirkətindən, həmçinin  bildirilib ki, bəzi istisnalar da var. Məsələn, “Spamhaus” spamdan mühafizə xidmətinə bu ilin martında 300 Qbit/san sürətində hücum həyata keçirilib. Hesabata əsasən, bu cür super-hücumlar son zamanlar adi hala çevrilib. Belə ki, 2013-cü ilin birinci yarısında super-hücumun orta gücü 20 Qbit/san olub. Bu, 2012-ci ilin müvafiq dövrünün göstəricisini iki dəfə ötür.

Emil Hüseynov
 




05/08/13    Çap et