Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Planşet bazarında azalma qeydə alınıb
"IDC" analitik şirkətinin dərc etdiyi hesabata əsasən, 2013-cü ilin ikinci rübünün yekununa görə qlobal planşet bazarında zəifləmə müşahidə olunmağa başlayıb.
"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, analitiklər bunu "Apple" şirkətinin istehsalı olan planşetlərin yeni modellərinin yoxluğu ilə izah ediblər. "IDC"-nin qiymətləndirməsinə əsasən, ikinci rübdə qlobal bazara 45,1 milyon planşet tədarük edilib ki, bu da ötən rüblə müqayisədə 10% azdır.
Bununla belə, 2012-ci ilin ikinci rübü ilə müqayisədə 60%-lik artım qeydə alınıb.
06/08/13 Çap et