Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda internetə çıxış əldə edən müəssisələrin sayı 20,5% artıb



Azərbaycan Dövlət Statistika Komitəsi 2012-ci ildə ölkədə fəaliyyət göstərən müəssisələrin İKT-dən istifadə səviyyəsini müəyyən edib.

Komitədən "ICTnews" xəbər xidmətinə verilən məlumata əsasən, ötən il ərzində Azərbaycanda 10.8 min müəssisə və ya fəaliyyəti olanların 57.1%-i kompüterdən istifadə edib. Kompüterdən istifadə edən işçilərin fəaliyyət göstərən müəssisələrdə işləyən bütün işçilərin siyahı sayında xüsusi çəkisi son bir ildə 17.7%-dən 18.5-dək yüksəlib.

İl ərzində internetə çıxış imkanı əldə edən müəssisələrin sayı 20.5% artıb, internetdən istifadə edən işçilərin fəaliyyət göstərən bütün müəssisələrdə işləyən işçilərin siyahı sayında payı 10.9% təşkil edib. İnternet vasitəsilə əmtəə və xidmətlər sifariş vermiş müəssisələrin sayı artıb.

Hazırda müəssisələrin 28,1%-i internetə 2 Mbit/s-dən çox sürətlə DSL texnologiyası, 27,8% dial-up, 25% 2 Mbit/s-dək sürətlə DSL, 9,3% digər sabit əlaqə (ayrılmış xətlə və s.), 6,3%- simsiz, 3,2% İSDN texnologiyaları üzərindən çıxır.
 
Kompüterdən istifadə edən müəssisələrin ölkədə fəaliyyət göstərən bütün müəssisələrdə xüsusi çəkisi 2011-ci illə müqayisədə 0,8% artaraq 57,1% təşkil edib, son 6 il ərzində isə bu göstərici 2 dəfədən çox artıb.
 
Kompüterdən istifadə edən işçilərin fəaliyyət göstərən bütün müəssisələrdə işləyən işçilərin siyahı sayına nisbəti 2011-ci illə müqayisədə 0,8% artaraq 18,5% təşkil edib, son 6 il ərzində isə bu göstərici 8,3% artıb. İnternetdən istifadə edən müəssisələrin fəaliyyət göstərən müəssisələrdə xüsusi çəkisi son altı il ərzində dörd dəfəyədək artaraq 40,9% təşkil edib, 2011-ci illə müqayisədə isə 5,3% artıb.

İnternetdən istifadə edən işçilərin fəaliyyət göstərən bütün müəssisələrdə işləyən işçilərin siyahı sayına nisbəti son 6 il ərzində üç dəfəyədək artaraq 10,9% təşkil edib, 2011-ci illə müqayisədə isə artım 0,6% təşkil edib. Veb-səhifəsi (Web Page, Web Site) olan müəssisələrin fəaliyyət göstərən müəssisələrdə xüsusi çəkisi 6 il ərzində 3 dəfədən çox artaraq 9,2% təşkil edib, 2011-ci illə müqayisədə isə bu göstərici 0,2% artıb. Müəssisələrin 47,7% kabel əsaslı LAN, 27,9% daxili şəbəkə (intranet), 22,7% kabelsiz LAN, 1,7% xarici şəbəkə (ekstranet) vasitəsilə internetə qoşulur. İnternet vasitəsilə sifariş vermiş müəssisələrin xüsusi çəkisi son 6 ildə beş dəfəyədək artaraq 5,9% təşkil edib, 2011-ci illə müqayisədə isə bu göstərici 0,5 artıb. İnternet vasitəsilə sifariş qəbul edən müəssisələrin xüsusi çəkisi son altı il ərzində 5 dəfədən çox artaraq 5,5% təşkil edib.

Aynur Vəliyeva




06/08/13    Çap et