“Amazon” bir çox məşhur veb-xidmətləri offlayn edib
Təxminən 4 saat əvvəl “Amazon” şirkətinin “EC2” hostinq xidmətinin işində nasazlıq yaranıb. Buna görə də bir çox məşhur veb-xidmətlər offlayn olub. Təxminən 40 dəqiqə “Netflix”, “Foursquare”, “Reddit”, “Heroku”, “İnstagram”, “Fab”, “Quora”, “Turntable.fm” kimi məşhur və bir çox başqa xidmətlər işləməyib. Qeyd edək ki, bu, “Amazon EC2” hostinq xidmətinin işində olan ilk nasazlıq deyil. Cari ilin aprel ayında da böyük nasazlıq olmuşdu.
internet.cnews.ru