İnternetdə onlayn cinayətlərlə mübarizə üçün sosial şəbəkə yaradılacaq
Rusiyanın Təhlükəsiz İnternet Liqası sentyabrda onlayn cinayətlər və qeyri-qanuni kontentlə mübarizə aparan fəallar üçün sosial şəbəkə istifadəyə verəcək. Şəbəkənin köməyi ilə təhlükəli saytlar haqqında operativ məlumat vermək və təhlükəsiz internet resurslarının siyahısını artırmaq planlaşdırılır.
Layihə müəllifi Stanislav Skusovun bildirdiyinə görə, resurs ziddiyyətli informasiya yayan saytlarla mübarizədə liqanın kiberdəstəsi və hüquq-mühafizə orqanlarının qarşılıqlı fəaliyyəti üçün meydança olacaq. Sosial şəbəkə iştirakçılarının informasiya mübadiləsi etmək və internetin təhlükəli kontentdən təmizlənməsinə yardımçı olmaq, eləcə də "Kiberdəstə" hərəkatında inkişaf etmək imkanı olacaq. Dəstə üzvləri məvacib kimi real həyatda güzəştli şərlərlə dəyişə biləcəkləri daxili valyuta alacaqlar. Onlar sosial şəbəkə ilə birbaşa hüquq-mühafizə orqanları və hakimiyyət nümayəndələri ilə ünsiyyət yaratmaq imkanı əldə edəcəklər.
Sosial şəbəkə ilk növbədə mövcud qeyri-tematik mövzular çərçivəsində işləməkdən yorulan fəalların xahişi ilə yaradılır. Bütün arzu edənlər yeni sosial şəbəkənin iştirakçısı ola bilər. Resurs çərçivəsində ünsiyyətin yaradılması müxtəlif növ haker hücumlarından mühafizə olunacaq, - "Vesti
www.vesti.ru" yazır.