Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda İKT məhsullarının ticarəti 10,5% artıb



Azərbaycan Dövlət Statistika Komitəsi İKT sektoru və İKT məhsullarının ticarəti üzrə əsas göstəricilərini açıqlayıb.

Komitədən ”ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, 2012-ci ildə İKT sektorunda fəaliyyət göstərmiş müəssisələr tərəfindən 869.4 milyon manatlıq və ya əvvəlki illə müqayisədə 10.5% çox əlavə dəyər yaradılıb. İqtisadiyyatın bütün sahələrində işləyən muzdlu işçilərin 1.4% və ya 19 min nəfəri İKT sektorunda çalışıb.

İl ərzində İKT sektoruna yönəldilmiş investisiyaların həcmi 307.3 milyon manat olub.

Ötən il ölkəyə ümumi dəyəri 249.2 milyon manat (319.5 milyon $) olan 89
mal qrupu üzrə, o cümlədən ümumi dəyəri 116.3 milyon manat ( 149.1 milyon $) olan 10 mal qrupu üzrə telekommunikasiya avadanlıqları, ümumi dəyəri 66.5 milyon manat (85.3 milyon $) olan 18 mal qrupu üzrə kompüter və periferiya avadanlıqları, ümumi dəyəri 19.7 milyon manat (25.2 milyon $) olan 32 mal qrupu üzrə elektron avadanlıqları və 29 mal qrupu üzrə digər İKT məhsulları idxal edilib.

Aynur Vəliyeva
 




06/08/13    Çap et