Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
DRİ qeydiyyatdan keçməyən radioelektron vasitələrin sayını açıqlayıb
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Dövlət Radiotezliklər İdarəsi (DRİ) tərəfindən cari ilin 7 ayı ərzində 320 ədəd qeydiyyatdan keçməyən müxtəlif növ radioelektron vasitə (REV) aşkarlanıb.
DRİ-dən verilən məlumata görə, 441 təşkilat, müəssisə və şirkətlərdə istismar olunan radioelektron vasitələrə texniki baxış keçirilib və müvafiq qaydada aktlar tərtib edilib.
Qeydiyyatdan keçməyən radioelektron vasitələrin 14 ədədi DRİ-də qeydiyyata salınıb, 193 ədədi möhürlənib və 106 ədədin qeydiyyata salınması üçün müvafiq tədbirlər görülür.
Qeyd edək ki, dövlət qeydiyyatından keçməyən qeyri-qanuni REV istifadəçilərinə qarşı İnzibati Xətalar Məcəlləsinin pozulması barədə 44 protokol yazılıb və müvafiq hüquqi tədbirlərin görülməsi üçün aidiyyəti rayon məhkəmələrinə müraciətlər edilib.
CAHANGİR
07/08/13 Çap et