Saytlarla idarə sistemlərinin növbəti reytinqi dərc edilib
“İTrack” şirkəti 2011-ci ilin ikinci rübü ərzində saytlarla idarə sistemlərinin (CMS) növbəti reytinqini dərc edib. 53,40% toplayan "1S-Bitriks" yenidən pullu CMS lideri olub. Onu 16,46% ilə “NetCat” izləyir. Üçüncü və dördüncü yerləri “HostCMS” (11,05%) və “UMİ.CMS” (7,89%) tutublar. Pulsuz CMS reytinqində isə maraqlı hadisə baş verib. 2010-cu ilin ikinci yarımili boyunca liderlik etmiş “Joomla” (32,05%) birinci yeri “WordPress”-ə (38,70%) təhvil verib. “İTrack” mütəxəssisləri qeyd ediblər ki, bu, məktəb və ali məktəblərdə tətillərlə bağlıdır. Yaxın vaxtlarda “WordPress” və “Joomla” quraşdırılmalarının sayının tədricən azalması gözlənilir.
internet.cnews.ru