Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanla İsveçrə arasında informasiya-kommunikasiya texnologiyalarına əsaslanan aqrar sahə üzrə əməkdaşlıq ediləcək
Azərbaycanla İsveçrə arasında informasiya-kommunikasiya texnologiyalarına əsaslanan aqrar sahə üzrə əməkdaşlıq ediləcək. "ICTnews.az" elektron xəbər xidmətinin məlumatına görə, iki ölkə arasında itkiçilik məhsullarının istehsalı və toxumçuluq üzrə müasir texnologiyaların tətbiqi sahəsində təcrübə mübadiləsinin aparılması təklif olunub.
Bununla bağlı Kənd Təsərrüfatı Nazirliyində nazir İsmət Abbasovla İsveçrə Konfederasiyasının Azərbaycana yeni təyin olunmuş səfiri Paskal Obişer, İsveçrə Əməkdaşlıq Təşkilatının Cənubi Qafqaz üzrə regional direktoru, cənab Rudolf Şox və onun müavini Matias Feldman arasında görüş keçirilib.
Görüşün məqsədi iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın inkişaf perspektivləri imkanlarının müzakirəsi olub. Nazir qeyd edib ki, iki ölkə arasında heyvan və bitki mənşəli məhsulların qarşılıqlı ticarətinin asanlaşdırılması və bu sahədə müqavilə-hüquq bazasının yaradılması məqsədilə tərəfimizdən hazırlanan “Azərbaycan Respublikası Hökuməti və İsveçrə Konfederasiyası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş” və “Azərbaycan Respublikası Hökuməti və İsveçrə Konfederasiyası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş” layihələri aidiyyəti dövlət qurumlarının irad və təklifləri nəzərə alınmaqla işlənib və 2008-ci ilin aprel ayında qarşı tərəfə təqdim olunması üçün Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə göndərilib.
İki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədilə bir sıra təkliflər diqqətə çatdırılıb. Onlardan da biri müasir texnologiyaların tətbiqi sahəsində təcrübənin aparılmasıdır.
SEYMUR
07/08/13 Çap et