Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple” şirkəti “iOS 7.0” əməliyyat sisteminin yeni beta-versiyasını təqdim edib



 
“Apple” şirkəti “iOS 7.0” əməliyyat sisteminin yeni beta-versiyasını proqram tərtibatçılarına təqdim edib.
“ICTnews” xəbər xidmətinin “www.cybersecurity.ru” saytına verdiyi məlumata əsasən, “iOS 7.0 beta 4” demək olar ki, iki həftə bundan öncə bazara təqdim edilib və bu günlərdə şirkət, öncəki versiyanın çoxsaylı səhvləri düzəldilmiş beta 5 versiyasını təqdim edib. “iOS 7.0 beta 5”-ə çıxışı “Software Update” üzərindən əldə etmək olar.

Şirkətdə bildirirlər ki, beşinci beta-versiyada düzəldilmiş səhvlərin əksəriyyəti əməliyyat sisteminin müxtəlif əməliyyatları həyata keçirərkən məhsuldarlığı ilə bağlıdır. Səhvlərin çox az hissəsi interfeys və tətbiqi bağlarla bağlıdır. Onlardan, təkcə bəzi əlavələri və  “Control Center”də həyata keçirilmiş düzəlişləri qeyd etmək olar.

Aynur Vəliyeva




07/08/13    Çap et