Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Araşdırma: “Twitter” televiziya üçün faydalıdır



İnternetin televiziyanın əleyhinə olması ilə bağlı tez-tez fikirlər səslənir. Lakin aparılmış yeni araşdırma göstərib ki, “Twitter” mikrobloqlar servisi televiziya verilişlərinin reytinqinin artırılmasında güclü vasitə ola bilər.
Belə ki, “Nielsen” analitik agentliyi bir sıra digər məlumatlarla yanaşı, bu faktı da sübut edən araşdırmanı dərc edib. Tədqiqat nəticəsində aydın olub ki, əksər insanlar televizoru seyr edən zaman “Twitter”ə daxil olurlar. Sosial şəbəkədə edilən şərhlər efir zamanı proqramların reytinqini kəskin artıra bilər.

“Twitter”in dərhal insanları səfərbər etmək bacarığını nəzərə alaraq şəbəkənin reklam meydançası dəfələrlə artıb. Analitiklər müəyyən ediblər ki, “Twitter”in televiziya verilişlərinin əhəmiyyətli statistik göstəricilərinə təsiri 29 faiz təşkil edir. Servis daha çox müxtəlif şouların reytinq qazanmasına kömək edir. 

Bununla belə, sənaye nümayəndələrinin heç də hamısı mikrobloqların onlar üçün faydalı olmasını düşünmürlər. ”Twitter” bizim reytinqimizi müəyyən qədər artıra bilər. Bundan sonra servisdə edilən şərhlərin sayı auditoriyanın artmasına səbəb olmur”, - “AllThingsDigital” nəşrinə təcrübəli televiziya menecerlərindən biri bildirib, - “Vesti www.vesti.ru” yazır. 




07/08/13    Çap et