Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Samsung” şirkəti “iPad” üçün əsas displey tədarükçüsüdür



Cənubi Koreyanın nəhəng "Samsung" şirkəti ABŞ-ın "Apple" korporasiyasının əsas istehsal tərəfdaşı olaraq qalır, - "NPD DisplaySearch" şirkətinin analitikləri belə düşünür.

Şirkət nümayəndələrinin məlumatına görə, 2013-cü ilin ikinci rübündə "Samsung" "iPhone" və "iPad" istehsalçısı üçün 4,1 milyon 9,7 düymlük planşet displeyi tədarük edib ki, bu da əvvəlki rübdən 80 faiz çoxdur. Bundan başqa, ilin ikinci yarısında Asiya istehsalçısı "iPad mini" modeli üçün 9,7 düymlük panellər tədarük edəcək. Bu işlə hələ ki "LG Display" və "AU Optronics" şirkətləri məşğuldur, - "DailyComm www.dailycomm.ru" yazır.  








07/08/13    Çap et