Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google”, “IBM” və “Nvidia” şirkətləri “Power” prosessorunun inkişafı üçün alyans yaradır



 "Google", "IBM" və "Nvidia" şirkətləri "Power" prosessoru əsasında platformanın inkişafı ilə məşğul olacaq "OpenPower" alyansını yaradır. Bu barədə "IBM"-in məlumatında deyilir.

Alyans çərçivəsində iştirakçılar server, məlumat ötürmə şəbəkəsi, məlumatların saxlanması sistemi və yeni nəsil videonun nümayişinin sürətləndirilməsi texnologiyasını yaratmağı planlaşdırırlar.

Struktur "Power" prosessorunun əsas funksiyalarını idarə edən aralıq proqram təminatının çıxış kodunu açacaq. Təsisçilərin fikrincə, bu, müxtəlif yükləmə şəraitində və müxtəlif tətbiqetmə sahələrində serverin işinin ssenarisini yaratmağa imkan verəcək.

"Nvidia" və "IBM" alyans çərçivəsində "CUDA" arxitekturasının bazasında prosessor və qrafik sürətləndiricinin inteqrasiyası üzərində birgə iş aparacaq.

"OpenPower"-ə platformanın inkişafında maraqlı olan istənilən şirkət qoşula bilər.

"Power" "IBM" şirkəti tərəfindən istehsal olunan mikroprosessor xəttidir. Alət dəstinin yığcam olması onları digərlərindən fərqləndirir, bu da öz növbəsində bir sıra hesablamaların yerinə yetirilməsini məhdudlaşdırsa da, sürəti artırır. Prosessorlar əsas etibarilə server və böyük elektron hesablama maşınlarında tətbiq edilir, - "Digit www.digit.ru" yazır.   







07/08/13    Çap et