Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple” şirkəti qeyri-orijinal adapter qurğularına qarşı mübarizəyə başlayıb



Amerikanın “Apple” korporasiyası öz qurğuları üçün qeyri-orijinal adapter qurğularına qarşı mübarizəyə başlayıb. Avqustun 16-dan oktyabrın 18-dək "alma" texnikasının sahibləri qeyri-orijinal adapterləri orijinalla dəyişə bilərlər.

“ICTnews.az” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, şirkətin firma mağazaları və ya xidmət mərkəzlərində cəmi 10 dollar ödəməklə bunu etmək olar.

Xatırladaq ki, “Apple” qurğusundan istifadə zamanı cərəyan vurmasından 23 yaşlı qız dünyasını dəyişib və 30 yaşlı kişi komaya düşüb.

Emil Hüseynov
 




07/08/13    Çap et