Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“HTC” smartfonu “Desire 500” smartfonunu istehsal edib
"HTC" şirkəti 1,2 QHs takt tezlikli dördnüvəli prosessor, 8 meqapiksellik kamera ilə təchiz edilmiş "Desire 500" smartfonunun çıxarılmasını elan edib.
"ICTnews.az" elektron xəbər xidməti "tech.onliner.by" saytına istinadən bildirir ki, sözügedən aparat 800x400 təsvir ölçülü 4.3 düymlük ekran, 1 QB əməli yaddaş və 4 QB daxili yaddaş, "microSD" slotu, "Bluetooth 4.0", "Wi-Fi", "GPS" və "NFC" modulları ilə təchiz edilib. Smartfonun ölçüləri 132×67×9,9 millimetr, çəkisi 123 qram təşkil edir.
İstehsalçı əmin edir ki, 1800 milliamper/saat tutumunda akkumulyator "3G" şəbəkəsində 12 saat və ya gözləmənin rejimində 18 gün danışıq üçün kifayət edəcək.
Emil Hüseynov
07/08/13 Çap et