Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2018-ci ilədək “Bluetooth” elektronikası bazarının həcmi 10 milyard ədədi ötəcək



2018-ci ilədək bazarda "Bluetooth" məlumatların simsiz ötürülməsi texnologiyasını dəstəkləyən qurğuların sayı 10 milyard ədədi ötəcək. Ötən il bu cür qurğuların sayı 3,5 milyard ədədə yaxın olub. Bu barədə "ABI Research" analitik agentliyinin hesabatında deyilir.

Bu bazarda əsas artım smartfonlarda müşahidə edilsə də, fərdi kompüter, mobil istehlak elektronikası və "ağıllı ev" sistemləri də öz töhfəsini verəcək, - analitik agentliyin "Wireless Connectivity" praktikası üzrə direktoru Piter Kuni belə düşünür.

Ekspertlər smartfon və ya planşetin oyun qurğuları, sağlamlıq vəziyyətinin izlənilməsi üçün sensorlar və idman aksesuarları arasında qarşılıqlı əlaqə zamanı enerji sərfiyyatını azaltmağa imkan verən "Bluetooth Smart Ready" texnologiyasının mövcudluğuna da diqqət yetirirlər.

"Android 4.3" əməliyyat sistemi tərəfindən dəstəklənən "Bluetooth Smart Ready" sistemi müxtəlif qurğuların (klaviatura, məsafədən idarəetmə pultu, saat və qapı kilidləri) qoşulması üçün mərkəzləşdirilmiş bazarın inkişafına xidmət edir. Bu bazar birinci inkişaf dövrünü yaşayıb, ikincisi isə müxtəlif  "Bluetooth" sensorların hazırlanmasından asılı olacaq, - deyə P.Kunin qeyd edib, - "IT Expert www.itexpert.org.ua"  yazır.   
 




12/08/13    Çap et