«Bakcell» dən «Cin» abunəçiləri üçün yeni töhvə
Azərbaycanın ilk mobil rabitə operatoru olan «Bakcell» şirkəti «Cin» abunəçiləri üçün «Bankomatlar vasitəsilə balansın artırılması» xidmətini istifadəyə verib. Şirkətdən verilən məlumata görə, yeni xidmətdən «Azericard» və ya «Kapital Card» sistemləri üzərindən işləyən bankomatlar vasitəsilə istifadə etmək mümkündür.
Bankomat vasitəsilə balansı artırmaq üçün abunəçilər öz plastik kartlarından istifadə etməlidirlər. Abunəçi istədiyi mobil telefonunun nömrəsini və balansa əlavə etmək istədiyi məbləği daxil etməlidir. Ödəniş başa çatan kimi, vəsait abunəçinin balansına keçir və o, bu barədə SMS bildiriş alır. Qeyd edək ki, «MilliKart», «Texnikabank» və «Royal Bank» sistemləri üzərindən işləyən bankomatlar vasitəsilə «Cin» abunəçiləri üçün bu xidmətdən istifadə yaxın zamanlarda mümkün olacaq.
Ödənilən məbləğ
(ƏDV daxil)
|
Etibarlılıq müddəti
(gün)
|
1,99 AZN-dək
|
10
|
2,00 - 5.99 AZN arası
|
30
|
6,00 – 9,99 AZN arası
|
150
|
10,00 – 19,99 AZN arası
|
150
|
20 AZN və daha çox
|
150
|