Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İnformasiya sorğuları ilə bağlı işin təşkilinə dair Mərkəzi Bankın daxili icraat qaydaları təsdiq edilib


 Mərkəzi Bank “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən, habelə Azərbaycan Respublikası Prezidentinin 5 sentyabr 2012-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planının 1.1-ci bəndinin icrasının təmin edilməsi məqsədilə “İnformasiya sorğuları ilə bağlı işin təşkilinə dair daxili icraat  Qaydaları”nı təsdiq edib.

MB-dən verilən məlumata görə, müvafiq sərəncama əsasən, kütləvi informasiya vasitələrindən daxil olan informasiya sorğuları ilə bağlı Kommunikasiya departamentinin direktoru, “Qaynar xətt”ə daxil olan informasiya sorğuları ilə bağlı Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktoru və digər informasiya sorğuları ilə bağlı Ümumi şöbənin rəisi Mərkəzi Bankın informasiya azadlığı  üzrə məsul şəxsləri təyin edilib.

Məlumat üçün bildirək ki, “İnformasiya sorğuları ilə bağlı işin təşkilinə dair Azərbaycan Respublikası Mərkəzi Bankının daxili icraat Qaydaları” sənədi Mərkəzi Bankın internet səhifəsinin (www.cbar.az) “Hüquqi sənədlər” bölməsində yerləşdirilib.

SEYMUR
 




12/08/13    Çap et