Şirkət rəhbərləri sosial şəbəkələrdən niyə istifadə etmir
“Fortune” jurnalının versiyasına əsasən, ABŞ-ın 500 nəhəng şirkətini təmsil edən baş direktorların yalnız 32 faizi sosial şəbəkələrdən birində şəxsi səhifəyə malikdir. Bu barədə “Domo” şirkətinin və “CEO.com” portalının hesabatında deyilir.
Uğurlu şirkətlərin rəhbərlərinin təxminən 68 faizi “Facebook”, “Twitter”, “LinkedIn” və “Google+” daxil olmaqla populyar servislərin heç birində şəxsi səhifəyə malik deyil. Eyni zamanda, təxminən 28 faiz peşəkar ünsiyyət üçün “LinkedIn” sosial şəbəkəsindən yararlanır. Bu saytın top-menecerlər arasında populyarlığı adi ABŞ internet istifadəçiləri ilə müqayisədə yüksəkdir.
Beş yüz baş direktordan 28-i və ya 5,6 faizi “Twitter”də mikrobloqlar aparır, lakin onların yalnız 19 faizi son 100 gündə məlumatları fəal şəkildə dərc edib. Buna baxmayaraq “Twitter” “Fortune” jurnalının versiyasına əsasən 500 nəhəng şirkətin top-menecerlərinin sayının tədricən artdığı azsaylı servislərdən biri olaraq qalır. ABŞ-ın nəhəng şirkətlərinin yalnız beş rəhbəri “Google+” şəbəkəsində səhifəyə malikdir.
Şirkət rəhbərlərinin orta hesabla 7 faizinin dünyanın nəhəng “Facebook” sosial şəbəkəsində səhifəsi var, halbuki ötən il bu göstərici 7,6 faizə bərabər olub. “Facebook”da baş direktorlar arasında daha populyarı 17 milyon abunəçi ilə sosial şəbəkənin rəhbəri Mark Sukerberqdir, - "Digit
www.digit.ru” yazır.