Koreyada Nanotexnologiyaların İnkişafı üzrə Dövlət Mərkəzi yaradılıb
Bu il Koreya Xalq Demokratik Respublikasında (KXDR) müasir elmi tərtibatlar və kəşflər sahəsində fəaliyyəti koordinasiya edən nəhəng Nanotexnologiyaların İnkişafı üzrə Dövlət Mərkəzi istifadəyə verilib.
Mərkəz kompleksin inşasına şəxsən rəhbərlik etmiş ölkə rəhbəri Kim Çen İnın göstərişi ilə tikilib. Bu elmi müəssisənin işinə böyük töhfəni Dövlət Elmlər Akademiyası nəzdində fəaliyyət göstərən Nanotexnologiyalar İnstitutu, Kənd Təsərrüfatı Nanotexnologiyalar İnstitutu, eləcə də Kim İr Sen adına Universitet nəzdində Nanotexnologiyalar İnstitutu verib.
“Müasir avadanlıqlarla təchiz edilmiş elmi tədqiqat institutları ölkənin iqtisadi inkişafı və xalqın rifahının yüksəldilməsi naminə yüksək texnologiyalar sahəsində fəal tədqiqat işləri ilə məşğuldur. Buna görə dövlət ildən-ilə nanotexnologiyalar sahəsində mütəxəssislərin hazırlanması üçün yatırılan vəsaitlərin həcmini artırır, onların araşdırmalarını həvəslə maliyyələşdirir”, - deyə Yüksək Texnologiyalar Məsələləri üzrə Milli Assosiasiyanın katibi Pek İn Yen bildirib, - “İTAR-TASS
www.itar-tass.com” yazır.