Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Android” platforması smartfon bazarının 80%-nə nəzarət edir
"IDC" analitikləri tərəfindən smartfon bazarına dair keçirilmiş yeni tədqiqata əsasən, "Android" platforması sözügedən bazarda sözsüz liderdir. "Windows Phone" ən sürətli inkişaf edən platforma olub, "iOS" sistemi isə mövqeyini itirməyə davam edir.
"ICTnews.az" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, ekspertlərin hesablamalarına görə, 2013-cü ilin ikinci rübündə 236,4 milyon smartfon istehsal edilib ki, onların da 187,4 milyonu "Android" ilə işləyir. Beləliklə, "Google"-un mobil platformasının payı 69,1%-dən 79,3%-dək artıb.
Əməliyyat sisteminin yeni versiyasının çıxarılmasına baxmayaraq, "BlackBerry" şirkəti problemlər içində üzür. Kanada istehsalçısı bazara 6.8 milyon smartfon tədarük edib ki, bu da ötənilki göstəricidən 11,7% azdır. Bununla əlaqədar, "BlackBerry" şirkətinin bazar payı 4,9%-dən 2,9%-dək azalıb.
Emil Hüseynov
12/08/13 Çap et