Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Şirkətlər “Windows XP” əməliyyat sistemindən imtina edirlər
“Microsoft” korporasiyası uzun illərdir ki istifadəçiləri “Windows XP” əməliyyat sistemindən (ƏS) daha müasir ƏS-nə yönləndirməyə çalışır, lakin sözügedən proqram platforması “səhnə”dən getməkdən inadla imtina edir.
Bu yaxınlarda proqram nəhəngi 2014-cü il aprelin 8-də “XP” ƏS-nin dəstəklənməsini dayandıracağını elan edib. Şirkətlər artıq bu bəyanata reaksiya verərək müəssisələrdə kompüterləri tədricən yeniləyirlər.
“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, yaxın günlərdə Yapon KİV-nin yaydığı məlumata əsasən, yerli böyük “Meiji Yasuda” sığorta şirkəti “Windows 8” ƏS-i ilə işləyən təxminən 30 min planşet kompüteri satın alacaq və heyətini bu qurğularla təmin edəcək.
“Net Applications” firmasının məlumatına görə, 2013-cü ilin iyulunda “Windows 8” ƏS-nin bazar payı ötən ayla müqayisədə 0.3% artaraq 5,4% olub.
Cari ilin iyul ayında “Windows XP” ƏS-nin bazar payı 37,19% olub ki, bu da ötən ayla müqayisədə 0,02% çoxdur. “Vista” sisteminin mövqeyi zəifləməyə davam edir: hesabat ayında ƏS-nin bazar payı 0,38% azalaraq 4,24% olub.
“Gartner” analitiklərinin proqnozlarına görə, 2013-cü ildə “Windows” ƏS-i 339 milyon yeni fərdi kompüter, planşet və mobil telefona quraşdırılacaq.
Emil Hüseynov
12/08/13 Çap et