Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“YouTube”un həmtəsisçiləri “Vine” və “Instagram”a rəqib yaradıblar



"Gigaom" nəşrinin məlumatına əsasən, "YouTube" videohostinqinin həmtəsisçiləri Stiv Çen və Çad Hörli qısa çarxlar çəkməyə və onlar əsasında kliplər yaratmağa icazə verən "MixBit" tətbiqini yaradıblar. Sözügedən tətbiq rəsmi şəkildə təqdim edilməyib.

Nəşr bildirir ki, yaxın vaxtlarda "MixBit" tətbiqinin saytı istifadəyə veriləcək.

"ICTnews.az" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, "MixBit" tətbiqinin "iOS" platforması üçün versiyası artıq "iTunes App Store"-da əlçatandır. Sözügedən tətbiqin "Android" üçün versiyası yaxın vaxtlarda çıxarılmalıdır.

"MixBit" tətbiqi 16 saniyə müddətində fraqmentlər çəkməyə və daha sonra onları bir çarxda birləşdirməyə imkan verir. Bu cür üsulla birsaatlıq video hazırlamaq olar. Redaktə zamanı fraqmentləri kəsmək, onların ardıcıllığını dəyişdirmək, həmçinin çarxa qurğunun daxili yaddaşındakı video və fotoşəkilləri əlavə etmək olar.
Yaradılmış videoya istinadları "Twitter" və "Facebook"dakı hesablarda dərc etmək olar.

"Gigaom" nəşri vurğulayıb ki, gələcəkdə dərc edilmiş videonu kənar saytlara quraşdırmaq mümkün olacaq.

Emil Hüseynov




12/08/13    Çap et