Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanda elektron ticarətin dövriyyəsi 2%-dək artıb
Azərbaycan Dövlət Statistika Komitəsi 2013-cü ilin yanvar-iyul aylarında pərakəndə ticarət bazarında əhaliyə satılan istehlak malları ilə bağlı hesabat təqdim edib.
Komitədən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, hesabat dövründə 10,7 milyard manatlıq və ya keçən ilin müvafiq dövrü ilə müqayisədə 9,2% çox müxtəlif istehlak malları satılıb.
İstehlak mallarının 52,1%-ni ərzaq, 47,9%-ni qeyri-ərzaq malları təşkil edib, qeyri-ərzaq məhsullarının xüsusi çəkisi 4,5% artıb.
Yanvar-iyul aylarında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi 2012-ci ilin eyni dövrünə nisbətən 1,7 dəfə artaraq 1,3 milyon manat təşkil edib. Əhali onlayn rejimi vasitəsilə sifariş verdikləri istehlak mallarının 86,1%-ni hüquqi, 13,9%-ni fiziki şəxslərin ticarət şəbəkələrindən alıb. Elektron ticarət dövriyyəsinin 92,8%-ni qeyri-ərzaq malları təşkil edib.
Aynur Vəliyeva
12/08/13 Çap et