Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanın İKT sektorunun gəlirləri 1 milyard manata yaxınlaşır
Azərbaycanda bu ilin yanvar-iyul aylarında müəssisələrə və əhaliyə göstərilmiş informasiya və rabitə xidmətlərinin həcmi 845,5 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 6,9% artıb.
Rabitə və informasiya xidmətlərinin ümumi həcminin 72,3%-i əhalinin payına düşüb və ümumi gəlirlərin 59,4%-i mobil rabitə xidmətlərinin göstərilməsindən əldə olunub, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8,5% çoxdur.
Bu ilin yanvar-iyul aylarında mobil rabitə xidmətlərinin göstərilməsindən əldə edilən gəlirlərin ümumi həcmi 502 milyon manat təşkil edib.
Aynur Vəliyeva
12/08/13 Çap et