Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“BlackBerry” şirkəti tezliklə satıla bilər
Britaniyanın “BBC” radiostansiyasının yaydığı məlumata əsasən, Kanadanın "BlackBerry” telekommunikasiya şirkəti tezliklə satıla bilər.
"Şirkətdə Direktorlar şurasının üzvü Timoti Detelsin başçılığı ilə yeni komitə yaradılıb və onun vəzifəsi biznesin inkişafının yeni modellərini axtarmaqdan ibarətdir. Biznesin bir hissəsinin strateji tərəfdaşa satılması və ya sadəcə, şirkətin satılması istisna deyil" - radiostansiya xəbər verib.
“ICTnews.az” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, bu xəbərdən sonra "BlackBerry" şirkətinin səhmlərinin qiyməti 5% artıb.
Qeyd edək ki, bu ilin ikinci rübündə şirkət 84 milyon dollar dəyərində zərərə məruz qalıb.
Emil Hüseynov
13/08/13 Çap et