Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bu gün Londonda dünyada ilk rəngli televiziya verilişi yayımlanıb


1928-ci il avqustun 13-də əsası şotlandiyalı alim Con Berd tərəfindən qoyulmuş Avropa səhmdar şirkətinə məxsus  radiostansiya vasitəsilə Londonda efirdə birinci rəngli televiziya verilişi yayımlanıb.

"ICTnews.az" elektron xəbər xidməti "calend.ru" saytına istinadən bildirir ki, Berdin televiziya sistemi müasir televiziyadan çox fərqlənirdi. O, dəlikli metal diskdən istifadə edilməklə mexaniki skanetmə sisteminə əsaslanırdı. Berdin sisteminin üstünlüyü ondan ibarət idi ki, ekran daha az ayırdetmə qabiliyyətinə malik olduğundan televiziya təsvirlərini adi ortadalğalı radiosistemdən istifadə edərək ötürmək olurdu. Berd "BBS" şirkətinin radio sistemindən istifadə edərək təsviri ötürə bilirdi.

İxtiraçı dünyada ilk dəfə olaraq televiziya təsvirini nümayiş etdirib. Kiçik, təxminən poçt markası ölçüsündə olan təsvir zəif və sayrışan idi.

Berd qurğusunu ilk dəfə 1924-cü ildə Londondakı univermaqlardan birində nümayiş etdirib. Lakin ixtiraçı yarımtonların ötürülməsinə nail ola bilmədi və ekranda sifətlərin əvəzinə yalnız siluetlər əks olunurdu. 1926-cı ildə yorulmaq bilməyən şotlandiyalı təkrar cəhd etdi; bu dəfə alındı, tamaşaçıları heyrətləndirdi.

Emil Hüseynov
 




13/08/13    Çap et