Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Snoudenin istifadə etdiyi poçt xidməti bağlanıb



ABŞ-da “Lavabit” elektron poçt xidmətinin sahibi sözügedən resursun müvəqqəti bağlanmasını bəyan edib. Qeyd edək ki, bu xidmətdən Amerika xüsusi xidmət orqanlarının sirlərini açmış MKİ-nin keçmiş əməkdaşı Edvard Snouden istifadə edib.

“ICTnews.az” elektron xəbər xidməti “infox.ru” saytına istinadən bildirir ki, “Lavabit” xidmətinin əsası 2004-cü ildə Texas ştatının proqramçıları tərəfindən qoyulub. Snouden hüquq müdafiəçiləri ilə əlaqə saxlamaq üçün “edsnowden@lavabit.com” ünvanından istifadə edib. Bu barədə məlum olduqda, “Lavabit” elektron poçt xidməti geniş populyarlıq əldə edib.

Sözügedən xidmətin sahibi Leydar Livayzon onun bağlanması səbəblərini açıqlamayıb. Livayzon deyib ki, onu bu qərarı qəbul etməyə vadar edən hadisələr barədə danışmaq imkanından məhrumdur. O deyib ki, bu məsələ ilə bağlı məhkəmədə iddia qaldırmağa hazırlaşır.

Emil Hüseynov
 




13/08/13    Çap et