Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Norveç “Apple” şirkətinə Oslonun aerofotoçəkilişini aparmağı qadağan edib



Norveç hökuməti “Apple” şirkətinə “Mapp app” kartoqrafik əlavəsi üçün ölkə paytaxtı Oslo şəhərinin aerofotoçəkilişini aparmasına icazə verməyib. Rədd cavabına səbəb şirkətin ictimai, hərbi və hökumət binaları komplekslərinin ətraflı kartoqrafiyası ilə bağlı planları olub.

Norveçdə qüvvədə olan qanunvericiliyə əsasən, ölkə paytaxtının havadan kartoqrafiya edilməsi xüsusi lisenziyanın olmasını tələb edir ki, bunu da şəhər hakimiyyəti bu və ya digər səbəbdən rədd edə bilər. 
 
ABŞ istehsalçısının kartoqrafiya üçün müraciəti Milli Təhlükəsizlik İdarəsi səviyyəsində qəbul edilsə də, məhz bu qurum şirkət üçün mənfi qərar qəbul edib.  

Əvvəllər “Apple” üçün analoji qərar ABŞ Müdafiə Nazirliyi və Mərkəzi Kəşfiyyat İdarəsinin binalarının çəkilişi ilə bağlı qəbul edilib, - “Cybersecurity www.cybersecurity.ru” yazır.






13/08/13    Çap et