Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni “iPad”lər oktyabr-dekabr aylarında təqdim ediləcək



«Apple» şirkəti yazda dəyişilmiş xarici görünüşlü, o cümlədən, daha nazik korpusa malik olan “iPad” internet-planşetinin yenilənmiş modelini təqdim edəcək.

“ICTnews” xəbər xidmətinin “www.cybersecurity.ru” saytına istinadən verdiyi məlumata əsasən, “Bloomberg”in proqnozlarına görə yeni planşetlər “Apple” şirkətinə bazarda liderliyi saxlamağa imkan verəcək.
“Apple”-dən bildirilib ki, planşetlər bazara oktyabr-dekabr aylarında təqdim ediləcək. Hazırda isə planşetlərin bir sıra konstruktiv xüsusiyyətləri üzərində işləyir. “Bloomberg”in yaydığı məlumata görə, yeni nəsil “iPad Mini” planşetləri yüksəkkeyfiyyətli “Retina”-displeyləri əsasında işləyəcəklər.

Analitiklər, “Apple” şirkətinin bazarda qeyri-standart iş metodlarının tətbiqinə məcbur olduğunu bildirirlər, çünki şirkət getdikcə “Google”, “Samsung”, “Asus” və digər istehsalçılarla rəqabəti hiss etməyə başlayır.
“IDC”-nin analitik hesabatlarına əsasən, bir il öncə planşet bazarında “Apple” şirkətinin payı 60,3% təşkil etdiyinə baxmayaraq, bu gün şirkətin payı 32,4%-dək azalıb.

Təqdimatı gözlənilən tamölçülü planşet 9,7 düyüm ekran ölçüsünü qoruyub saxlayacaq, “iPad Mini” isə artıq 7,9 düyüm ölçülü ekranla təchiz ediləcək.






13/08/13    Çap et