Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Facebook” şifahi nitq tərcüməçisi şirkətini satın alıb
"Facebook" korporasiyası "Mobile Technologies" şifahi nitq tərcüməçisi şirkətini satın alıb.
"ICTnews.az" elektron xəbər xidməti "itar-tass.com" saytına istinadən bildirir ki, sazişin dəyəri və digər şərtləri açıqlanmır.
"Mobile Technologies" şirkətinin əsası 2001-ci ildə qoyulub, "Jibbigo" tətbiqi isə 2009-cu ildə çıxarılıb.
"iOS" və "Android" platformalarında əlçatan olan "Jibbigo" tətbiqi istifadəçinin şifahi nitqini təklif edilmiş 20 dildən birinə tərcümə edir.
Emil Hüseynov
13/08/13 Çap et