Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
"Samsung" işçilərinin hüquqlarını pozur
Braziliya hüquq-mühafizə orqanları Cənubi Koreyanın “Samsung” şirkətinə qarşı məhkəmə prosesinə başlayıblar. İddiaya görə, şirkətin Amazoniyadakı nəhəng zavodunda əmək qanunvericiliyi pozulub.
Müəssisəyə baş çəkmiş hüquq-mühafizə orqanlarının əməkdaşları işçiləri yetərincə fasilə olmadan uzun növbələrdə işlətdiyinə görə şirkəti günahlandırırlar.
Manus şəhər prokurorluğundan bildirilir ki, bir fəhlənin sözlərinə görə, o, bir gündə üç min telefon qablaşdırıb.
Kamal Hacıyev
14/08/13 Çap et