Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Xaricdə təhsil almaq üçün müraciət edən vətəndaşların elektron ərizələrinin qeydiyyat müddəti uzadılıb



“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 2013-2014-cü tədris ili üzrə xaricdə təhsil almaq üçün müraciət etmək istəyən vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq, elektron ərizələrin qeydiyyat müddəti 1 gün uzadılıb.

Təhsil Nazirliyindən verilən məlumata görə, adıçəkilən qurum  elektron ərizələrin qeydiyyatı üçün son tarixi 16 avqust 2003-cü il tarixinə dəyişmək barədə qərar qəbul edib.

Qeyd edək ki, avqustun 16-sı saat 23:59-a qədər qeydiyyatdan keçmiş (http://xaricdetehsil.edu.gov.az/c-proqram-haqqinda/Sened-qebulu-ELAN2013-2014/) ərizəçilər sənədlərini 16 avqustdan sonrakı 5 iş günü ərzində Təhsil Nazirliyinə təqdim edə bilərlər.

CAHANGİR




14/08/13    Çap et