Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Sosial şəbəkələrin 800 illik tarixi var
Arizona Universitetinin alimləri ABŞ-ın cənub-şərqində qazıntılar zamanı b.e.nın 1200-1450-ci illərinə aid olan təxminən 800 min maddi mədəniyyət əşyasını analiz ediblər.
Nəticələr həmin dövrdə uzaq məsafələrə aktiv miqrasiya və əhalinin böyük qəsəbələrdə birləşməsi ilə səciyyələnən formalaşma və təkamül tarixini aydınlaşdırmağa imkan verir.
“ICTnews.az” elektron xəbər xidməti “ict.az” saytına istinadən bildirir ki, alimlər oxşar dulusçuluq məmulatlarının hazırlanaraq bir-birindən 250 kilometrə qədər məsafədə yerləşən kəndlərdə istifadə olunduğunu aşkar ediblər. Başqa sözlə, kənd sakinləri (o zaman yalnız ayaqla hərəkət etmək mümkün olmasına baxmayaraq) bir-biri ilə əlaqə saxlayırdılar.
Tədqiqatçıların məlumatına görə, araşdırılan ərazidə o zamanlar nə nəqliyyat vasitəsi, nə yükdaşıyan heyvan mövcud deyildi. Bununla belə, eyni məişət əşyalarına əsasən belə qənaətə gəlmək olur ki, informasiya mübadiləsi gedirdi.
Emil Hüseynov
14/08/13 Çap et