Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Keti Pirç: “Son 4 ildə Azərbaycanda internet istifadəçilərinin sayı kifayət qədər artıb”
"Son 4 ildə Azərbaycanda internet istifadəçilərinin sayı kifayət qədər artıb". "ICTnews" xəbər xidmətinin məlumatına görə, bu fikirləri Vaşinqton Universitetinin Avrasiyada texnologiya və yeni media məsələləri üzrə araşdırmaçısı Keti Pirç bu gün İREX-in keçirdiyi «Azərbaycan – Yeni Media» adlı tədbirində səsləndirib.
Azərbaycan insanının internetlə işləmə bacarığının çoxdan formalaşdığını vurğulayan Keti Pirç bu fikrinə insanlarla apardığı söhbətlərdən və sorğulardan sonra gəldiyini deyib:
«Elə bir hala rast gəlmədik ki, kimsə internetdən xəbərsiz olduğunu və ondan heç bir dəfə də istifadə etmədiyini söyləsin. Mən böyük şəhərlərdən deyil, regionlardan, kəndlərdən danışıram. Araşdırma apardığımız hər bir kənddə də insanların internetə daxil olduğunu gördük. Üstəlik, mobil telefon istifadə edən gənclərin hər birinin çox asanlıqla internetdən istifadə etməsinin şahidi olduq». Keti Pirç bildirib ki, Azərbaycanın 30 kəndinin poçt şöbələrində quraşdırılan İnternet Məlumat Mərkəzləri qadınların internetə daxil olması məsələsində çox əhəmiyyətlidir: «Bu mərkəzləri idarə edənlərin də qadın olması onların istifadəçilərinin sayının artmasına səbəb olub».
SEYMUR
14/08/13 Çap et