Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Sərt disk istehsalçıları sahə üzrə assosiasiya yaradıblar


Elektronika şirkətləri verilənlərin saxlanılması üçün Qurğu İstehsalçılarının Assosiasiyasını (Storage Products Association, SPA) yaradıblar.

“ICTnews.az” elektron xəbər xidməti “digit.ru” saytına istinadən bildirir ki, sözügedən assosiasiyanı ’“HGST”, “Seagate”, “Toshiba” və “WD” şirkətləri təsis ediblər.

Şirkətlərdən bildirilib ki, Qurğu İstehsalçılarının Assosiasiyası verilənlərin saxlanılması sahəsində yeni “oyunçu” olacaq və müasir dünyamızda sərt disklərin vacib və durmadan artan rolunu təbliğ edəcək.

Emil Hüseynov
 
 
 
 




14/08/13    Çap et