“Google” son 3 ildə tapılan boşluqlara görə 2 milyon dollar ödəyib
“Google” şirkəti son 3 il ərzində və “Chromium” və digər servislərdə boşluqların axtarışı üzrə pul mükafatlarının verilməsinə dair proqram işə salındığı gündən 2 milyon dollar ödəyib. Bu müddət ərzində hakerlər tərəfindən 2 mindən çox səhv və boşluq aşkar edilib.
1 milyon dolların “Chromium” ilə bağlı boşluqların tapılmasına, qalan pulların isə “Google”un veb-əlavələrində səhvlərin aşkar edilməsinə görə ödənildiyi bildirilir. Bununla yanaşı, nəhəng axtarış sistemi mükafat məbləğinin 5 dəfə artırılması ilə bağlı qərar qəbul edib. Belə ki, əvvəllər “Chromium”da tapılan boşluğa görə 1 min dollar ödənilirdisə, hazırda bu rəqəm 5 min dollaradək artırılıb.
Qeyd edək ki, səhv və boşluqların aşkar olunmasına görə pul mükafatlarının verilməsi əksər şirkətlərdə qüvvədə olan standart praktikadır. Məsələn, bu yaxınlarda Ukrayna hakerləri “VKontakte” sosial şəbəkəsində tapılan boşluğa görə 5 min dollar mükafat alıblar, - “IT Expert
www.itexpert.org.ua” yazır.