Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“LG Electronics” şirkəti sentyabrda “G Pad” planşetini təqdim edəcək


 
Qeyri-rəsmi informasiyaya görə, "LG Electronics" şirkəti planşet hazırlayır. "G Pad" adlanacaq aparat 1920x1080 piksel təsvir ölçülü 8.3 düymlü ekran, dördnüvəli prosessor və iki qiqabayt əməli yaddaşla təchiz ediləcək.

"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, şirkətə yaxın mənbələr bildiriblər ki, planşetin korpusu qara rəngli alüminiumdan hazırlanıb və çox nazik olacaq.

Planşetin bu il sentyabrın əvvəlində Berlində keçiriləcək "IFA 2013" sərgisində təqdim ediləcəyi gözlənilir.

Emil Hüseynov
 
 




15/08/13    Çap et