Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İnformasiya və rabitə müəssisələrində işçilərin sayı və orta aylıq əmək haqqı artıb
Bu ilin 6 ayı ərzində Azərbaycanda informasiya və rabitə müəssisələrində çalışan işçilərin sayı və orta aylıq əmək haqqında artım müşahidə olunub.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, informasiya və rabitə müəssisələrində işləyənlərin sayı 26,9 min nəfər təşkil edib. Bir işçinin orta aylıq əmək haqqı isə 8,1 faiz artaraq 665,9 manat olub.
15/08/13 Çap et