Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
ABŞ universitetləri sürətli internet şəbəkəsi ilə təmin olunacaq
ABŞ-ın 30 universitet və təhsil müəssisəsi çox sürətli internet infrastrukturunun formalaşması üçün “Gig.U: The University Community Next Generation Project” təşəbbüsünün yaradılmasını elan edib. Layihə iştirakçılarının əsas məqsədi yeni nəsil yüksəksürətli kompyuter şəbəkələrinin genişlənməsinə təkan verməkdir. Həmin şəbəkələrdə məlumatların ötürülmə sürətinin 1 Qbit/s-a çatacağı gözlənilir. Bu isə ABŞ-da müasir genişzolaqlı qoşulmaların əksəriyyətinin ötürmə sürətini təxminən 100 dəfə ötür.
“Gig.U” təşkilatçıları iri telekommunikasiya şirkətlərini, veb- xidmətləri və provayder istehsalçılarını maraqlandırmaq niyyətindədirlər. Yüksəksürətli şəbəkələrlə təhsil müəssisələrini, həmçinin universitet şəhərciklərini əhatə etmək planlaşdırılır. “Gig.U” layihəsini reallaşdırıma müddəti dəqiqləşdirilməyib.
09/08/11 Çap et