Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” şirkəti şəxsi həyata hörmət etmədiyini rəsmi boynuna aldı



“Google” şirkətində bildirirlər ki,  “Gmail” istifadəçiləri, onların məktublarının üçüncü tərəfdən oxunmayacağını gözləməlidirlər.

“ICTnews” xəbər xidmətinin “www.therunet.com” saytına istinadən verdiyi məlumata əsasən, şirkətin nümayəndələri “Google” şirkətinin sistemlərinin poçta yüklədikləri reklamları məktubların məzmununa əsaslandığına görə qaldırılmış məhkəmə işini bağlamaq xahişi ilə müraciət ediblər. San-Xose dairə məhkəməsi iddiaya sentyabrın 5-də baxacaq.

“Consumer Watchdog” bildirib ki, “Google” şirkətinin hüquqşünası “Gmail”ın işini top-menecerin və ya katibin işi ilə müqayisə edirlər.

“Biznes-tərəfdaşa göndərilən məktubun, onun köməkçisi tərəfindən açılıb oxunmasına necə heç kim təəccüblənmirsə, elektron poçt istifadəçiləri də, onların məktubu çatdırılma prosesində servis provayder tərəfindən emal ediləcəyinə təəccüblənməlidirlər. İnsanlar könüllü surətdə şəxsi məlumatları üçüncü tərəfə ötürdükdə onların məxfiliyinin qorunmasını gözləməlidirlər”, - deyə onlar bildiriblər.

Lakin analogiyada qeyd edilmir ki, biznesmen öz köməkçisini ona aid olan məlumatları istifadə etdiyi halda işdən çıxararaq məhkəməyə verə bilər. Burda nəzərə alınmır ki, “köməkçiyə” müəyyən insanlardan gələn məktubları açıb oxumaq qadağan edilir. “Google” şirkətini isə, “Gmail”dən imtina edərək “işdən çıxarmaq” olar, lakin müəyyən məktubları oxumağı qadağan etmək olmaz.

“Bununla “Google” şirkəti nəhayət şəxsi həyata hörmət etmədiyini rəsmi boynuna aldı. İnsanlar şirkətin bu sözündən istifadə etməlidirlər və sizin yazışmalarınızın toxunulmazlığı sizi narahat edirsə, “Gmail”dən istifadə etməyin”,- deyə “Consumer Watchdog” şirkətinin  “Privacy Project”inin direktoru Jon Simpson bəyan edib.
O, eyni zamanda, şirkətə özünü personal assistentlə müqayisə etməyi qadağan edib və hesab edir ki, “Gmail”, işçiləri (poçtalyonları) məktubları açmağa cürət etməyən adi  poçt servisinin analoqudur, baxmayaraq ki, “Google” bunu normal qəbul edir.

“Google”da  həmişə qeyd edirlər  ki, daha effektiv reklam yerləşdirmək üçün, məktubların məzmununun emalı insan iştirakı olmadan avtomatik şəkildə baş verir. “Microsoft”, yenilənmiş  “Outlook.com” servisini istifadəyə verdikdə bildirib ki, məktubların məzmunu ilə tanış olmur. Lakin hər iki şirkət Edvard Snouden tərəfindən Amerikanın xüsusi xidmətləri ilə əməkdaşlıq etdiklərində və onların öz servislərinə çıxışını təmin etdiklərində ittiham edilib.

Aynur Vəliyeva
 
 




15/08/13    Çap et