Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda uşaqlar üçün “Təhlükəsiz İnternet” xidməti istifadəyə verilib



"ENGINET" şirkəti Azərbaycanda ilk dəfə olaraq uşaqlar üçün "Təhlükəsiz İnternet" xidmətini təklif edir.  "ICTnews"  elektron xəbər xidmətinin məlumatına görə, sözügedən xidmət uşaqları təhlükəli saytlardan mühafizə etmək məqsədilə yaradılıb.

Filtrasiyanın əsas istiqamətlərini pornoqrafiya, əxlaqsız leksika, zorakılıq, ekstremizm və s. təşkil edir.
 "ENGINET" şirkəti bu xidməti  təhlükəsizlik sistemi üzrə dünya lideri olan "Websense" şirkətinin təminatı altında göstərir.

Məlumat üçün bildirək ki, abunəçilər 1, 2, 3 və 4 Mbit/s sürətlə təhlükəsiz genişzolaqlı internetdən istifadə üçün müvafiq olaraq  10, 12, 15 və 18 manat məbləğində aylıq abunə haqqı ödəməlidir.

Bununla yanaşı, 5, 6 və 8 Mbit/s sürətlə genişzolaqlı internet xidməti müvafiq olaraq 25, 30 və 35 manat tarifi ilə təqdim edilir.

CAHANGİR
 
 
 
 




15/08/13    Çap et