“Facebook” şəbəkəsi online ödəniş sistemi yaradır
"Facebook" sosial şəbəkəsi istifadəçilərə şəbəkədəki hesabından yararlanmaqla kənar əlavələrdə alış-veriş etməyə imkan verən yeni ödəniş məhsulu yaradır. "Facebook" nümayəndələri bildiriblər ki, yeni məhsulun sınaqlarına gələn ay başlanacaq.
Məhsuldan "Facebook"da bank kartının rekvizitlərini qeyd edən istənilən istifadəçi yararlana bilər. Gələcəkdə sosial şəbəkə tərəfdaşlarının əlavələrində alış-veriş edərkən istifadəçi hər dəfə maliyyə məlumatlarını daxil etmir, sadəcə, "Facebook"dakı hesabına girir.
Yeni növ ödəniş məhsulu "PayPal" ödəniş sisteminə, eləcə də "Google", "Amazon" və digər şirkətlərin analoji servislərinə rəqib ola bilər. Bundan başqa, sosial şəbəkə yeni məhsul sayəsində istifadəçilərinin nəyə üstünlük verməsini daha yaxşı öyrənə biləcək. Lakin "Facebook"da bank kartlarının məlumatlarını qeyd edən istifadəçilərin sayı hələ ki məlum deyil, - "Lenta
www.lenta.ru" yazır.